
Avropa Birliyi və Almaniyadan Ərdoğanın çağırışına rədd cavabı gəlib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin İsveçin NATO üzvlüyünə qəbulu üçün tələb etdiyi Avropa Birliyinə üzvlük şərti qəbul edilməyib.
Avropa Birliyi Komissiyası İsveçin NATO-ya üzvlüyü ilə Türkiyənin Avropa Birliyinə qatılma yolundakı irəliləyişin bir-biri ilə əlaqəsinin olmadığını açıqlayıb.
Alamniyanın Baş naziri Olaf Şoltz da Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə İsveçin NATO-ya üzv qəbul edilməsi arasında əlaqənin olmadığını söyləyib.
Tərcümə: Arzu