AB və Almaniyadan Nitsa terroruna reaksiya

  • By admin
  • 15 İyul 2016 18:13

ZA

 

Avropa Birliyi Şurasının sədri Donald Tusk Fransada törədilən qanlı teraktı pislədiklərini və sərt şəkildə qınadıqlarını bildirib. Tusk Fransa İnqilabının şüuarları olan azadlıq, bərabərlik və qardaşlığı qeyd edənlərə hücum edilməsini faciəvi ziddiyyət adlandırıb.

Almaniya kansleri Angela Merkel də teraktı qorxunc hücum adlandırıb: «Bu acı dəqiqələrdə bizi fransız dostlarımızla birləşdirən şeyi kəlmələr ifadə edə bilməz. Bu qorxunc hücum fransız xalqının milli bayramında – qürur gününün hüzn gününə çevrildiyi bir gündə həyata keçirildi».

Gununsesi.info