Abbas Abbasovun qardaşının məhkəməsi başlayıb 

  • By admin
  • 20 Sentyabr 2016 17:49

Abbas

Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın baş nazirinin sabiq müavini Abbas Abbasovun qardaşı Nadir Abbasovun rəhbərlik etdiyi şirkətə qarşı şikayət üzrə hakim Raqib Qurbanovun sədrliyi ilə məhkəmənin ilkin baxış iclası keçirilib.

Gununsesi.info-nun məlumatına görə, prosesdə anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxış iclası sentyabrın 27-nə təyin olunub.

Məlumata görə, “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti N. Abbasov və onun baş direktoru olduğu “NAA Universal” Məhdud Məsuliyyəti Cəmiyyətini məhkəməyə verib. Səbəb isə N. Abbasovun illər əvvəl bağlanan müqavilənin şərtlərinə əməl etməməsi göstərilib.

“Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC məhkəməyə müraciət edərək bağlanmış müqaviləyə xitam verilməsini tələb edib.Nəsimi Rayon Məhkəməsi müraciəti təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.

 

Gülnaz Qənbərli

Gununsesi.info