Abbas Bağırov qanun qarşısında CAVAB VERƏCƏK

  • By admin
  • 19 Fevral 2018 13:20

Azərbaycanın əməkdar artisti, sevilən müğənnilərdən olan Abbas Bağırov yolda intizamsızlıq edib və bunu videoya çəkərək sosial şəbəkələrdə paylaşıb.

Gununsesi.info Avtosfer.az- istinadən  xəbər verir ki, müğənni, bacısı uşağını avtomobilin ön oturacağında otuzduraraq onunla bəzi dialoqlarını videoya çəkib. Videodan məlumdur ki, ön oturacaqda oturan uşaq 12 yaşdan aşağıdır. Bizim qanunvericilik isə 12 yaşdan aşağı olan uşaqların ön oturacaqda yalnız xüsusi uşaq kreslosu ilə oturmasına icazə verir.

Bundan əlavə müğənni, avtomobilin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə edir.

İctimaiyyət arasında məşhurluq qazanmış bu cür şəxslər ilk növbədə qaydaları pozmamalıdır və öz hərəkətləri ilə cəmiyyətə nümunə olmaldırlar.

 

Gununsesi.info