Sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə erməni musiqiçi Ciqan Qasporyanın Moskvada baş tutacaq konserti barədə Gununsesi.info-ya açıqlama verib.
“Onların heç bir əsası yoxdur ki, balabanı erməni aləti kimi təqdim etsinlər. Mən elə bir mənbələr qoyaram ki, onun qarşısında susarlar. Qətran Təbrizinin divanında da balabanın adı çəkilib. Onlar duduk adı veriblər, əslində elə o da bizim alətdi. Söhbət tütəkdən gedir. Heç bir ədəbi mənbə göstərə bilməzlər. Bir dənə ona əsaslanırlar ki, tütək ərik ağacından düzəldiləndə daha yaxşı olur deyə və deyilənlərə görə əriyin vətəni də Ermənistan olduğuna görə onlar əsaslandırırlar ki, guya bu alət də onlarındır. Əfsus ki, biz bir şeydə uduzmuşuq ki, YUNESKO balabanı erməni aləti kimi qəbul edib. Çox təssüf ki, belədir. Bunlar ermənidir, sən nə qədər faktlarnan desən ki, bu bizimdi yenə də öz əməllərini davam etdirəcəklər”.
Ermənilər bizim aləti sadə formada təbliğ edirlər. Konsertlər verməklə insanların yaddaşına həkk edir. Bizim musiqiçilər niyə bu cür yollara əl atmırlar?
Mədəniyyət və Turizm nazirliyi məni nə vaxt təşkil edilən konsertə çağırdı mən də getmədim? Öz hesabıma yenicə Amerikadan qayıtmışam. Orda həqiqətən duduk kimi tanıyırlar. Mən də bütün faktları onların qarşısına qoydum həm tütəyi həm də balabanı göstərərək izah etdim.
Gununsesi.info