Abdin Fərzəliyev “AAAF Park” sakinlərini dinlədi - İCRA BAŞÇISI HƏLLİNİ TAPMAYAN PROBLEMLƏRİ ÖYRƏNDİ

  • By admin
  • 12 Aprel 2022 18:16

Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksinin sakinləri ilə baş tutan növbəti səyyar qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli,bir qrup sakin və digər rəsmi şəxslər iştirak edib. 

Gununsesi.info xəbər verir ki, iclasda RİH başçısı Abdin Fərzəliyev çıxış edərək dünyada pandemiyanın göstərdiyi maneələrə və regionda gedən siyasi proseslərə baxmayaraq Azərbaycanın sürətlə inkişaf etdiyini, ölkədə sosial-iqtisadi sahədə böyük naliyyətlərin əldə olunduğunu, yeni-yeni iş yerlərinin açıldığını bildirib.

Vətəndaşların problemlərinin dövlət strukturlarının daim diqqət mərkəzində olduğunu, onların araşdırılaraq həlli istiqamətində addımların atıldığını bildirən Abdin Fərzəliyev Abşeron rayonunda da sosial infrastrukturun qurulması istiqamətində böyük işlərin görüldüyünü, lakin əhalinin sürətli artımı səbəbindən, təbii olaraq, bır sıra təlabatların meydana çıxdığını vurğulayıb.

Sonra çıxış edən sakinlər 2017-ci ildən “AAAF Park” Yaşayış Kompleksindən mənzillər aldıqlarını, lakin ötən 5 il ərzində bəzi binaların tikilib başa çatdırılmadığını, tikintisi başa çatmış binalarda isə təmir işlərinin aparılmasına icazənin verimədiyini, tikinti şirkətinin öz üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədiyini, bir sıra alıcıların evlərinin dəyişdirilməsi zamanı mənzilin ümumi sahəsinin azaldıldığını bildirmiş və üzləşdikləri problemlərin həll olunmasında köməklik göstərilməsini xahiş ediblər.

Yekunda sakinlərin üzləşdikləri problemlərin kompleks həlli məqsədi ilə tədbirlər planı qəbul edilib və onun icrası istiqamətində müvafiq addımların atılmasına başlanılıb.