Abdulbari Gözəl İmişlidəki şəkər zavodunu satır

  • Müəllif: admin
  • 07 Oktyabr 2016 13:50

gozel

“Azərsun Holdinq” şirkəti ona məxsus olan müəssisələrin səhmlərinin bir hissəsini xarici birjalarda satacaq. 

Gununsesi.info xəbər verir ki, bu barədə şirkətin rəhbəri Abdulbari Gözəl bu gün jurnalistlərlə keçirtdiyi görüşdə bildirib. Onun sözlərinə görə, ilk nəvbədə İmişlidəki şəkər zavodunun bir hissəsini xarici sərmayəçilərə satmaq nəzərdə tutulur. Azersun hökumətə təklif edib ki, zavodun bir hissəsini xarici birjadakı səhmdarlara İPO üsulu ilə satsın. İlk olaraq şəkər zavodunun səhmlərinin 30-40%ni London birjasında və yerli birjada satışa çıxarmaq istəyirik: «Hökumət tərəfindən təklif müsbət qəbul edilib , onun dəyərləndirilməsini gözləyirik».

Gununsesi.info