Abdulla Öcalana ailəsi ilə görüşə icazə verilib

  • By admin
  • 10 Sentyabr 2016 22:37

apo

Türkiyə hakimiyyəti ömürlük həbs cəzasına məhkum edilmiş PKK terror təşkilatının rəhbəri Abdulla Öcalana ailə üzvləri ilə görüşməyə icazə verib.

Gununsesi.info-nun “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Öcalana qardaşı Mehmet baş çəkəcək. Görüşün Qurban bayramında baş tutacağı bildirilir.

Qeyd edək ki, A. Öcalan 1999-cu ildən Mərmərə dənizindəki İmralı adasında yerləşən həbsxanada cəza çəkir.

Gununsesi.info