
Türkiyənin 11-ci prezidenti Abdullah Gülün sabiq baş müşaviri Əhməd Severə qarşı “Cümhuriyyet” qəzetində verdiyi açıqlamalarda hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Mustafa Varankı təhqir etdiyinə görə, 2 il 4 ayadək həbslə cəzalandırılması tələbiylə iddianamə hazırlanıb.
Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğu Mətbuat Bürosu prokurorlarından Umut Tepe tərəfindən hazırlanan iddianamədə, prezident Ərdoğanın baş müşaviri Varank ”zərərçəkmiş”, Ahmet Sever isə şübhəli qismində göstərilib.
İddianamədə, şübhəli tərəfindən edilən şərhlərdə, zərərçəkmiş Varankın qeyri-qanuni olaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, bu səlahiyyətlərdən istifadə edib hədəfə aldığı insanları yalan, böhtan, şantaj, təhdid, təhqir etməklə etibarsızlaşdırıldığının iddia edildiyi, bu iddialarla hazırkı iqtidarın daxilində aşağılandığın, tənqid edilmə sərhədlərinin aşılaraq şəxsin qürur və şərəfinin zədələndiyinin aydınlaşdığı bildirilib.
Bu səbəbdən də şübhəlinin verdiyi açıqlamalarda ”təhqiretmə” təqsirinin olduğu vurğulanan iddianamədə, şübhəli Severin 1 il 2 aydan 2 il 4 aya qədər həbslə cəzalandırılması tələb edilib.
Gülnaz Qənbərli
Gununsəsi.info