Abeni öldürən şəxs danışdı: SƏBƏBİ...

  • By admin
  • 08 İyul 2022 13:41

Yaponiyanın keçmiş baş naziri Sindzo Abeyə atəş açdıqdan sonra saxlanılan şəxs siyasətçini siyasətindən narazı olduğu üçün güllələdiyini deyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı polisə istinadən xəbər yayıb.

“Şübhəli şəxs Abenin hücuma məruz qaldığı Nara şəhərinin 41 yaşlı sakinidir. Onun adı Tetsuya Yamaqamidir. O, 2000-ci illərin əvvəllərində Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrində xidmət edib”, – NHK televiziyasının mənbəyinə istinadla bildirib. Bunu Nihon TV-nin mənbəyi də təsdiqləyib.

Qeyd edək ki, keçmiş baş nazir Nara şəhərində əvvəllər rəhbərlik etdiyi Liberal-Demokrat Partiyasına dəstək çıxışı edərkən güllələnib. Polis Abenin döş qəfəsi və boyun nahiyəsindən xəsarətlər aldığını bildirib.

Ağır xəsarət alan S.Abe az öncə dünyasını dəyişib.

Gununsesi.info