ABF prezidenti: “Türkdilli Dövlətlərin beynəlxalq turnirinin gələn il Türkiyədə keçirilməsini istəyirik”

  • By ilhame
  • 08 Noyabr 2023 22:05

Türkdilli Dövlətlərin beynəlxalq turnirinin gələn il Türkiyədə keçirilməsini istəyirik”.

Gununsesi.info-nun məlumatına görə, bunu Azərbaycan Badminton Federasiyasının (ABF) prezidenti Taleh Ziyadov jurnalistlərə açıqlamasında deyib.

O, bununla bağlı digər ölkələrin federasiya rəhbərləri ilə danışıqlar aparılacağını bildirib: “Türkiyə Badminton Federasiyasının rəhbərliyi Türkdilli Dövlətlərin beynəlxalq turnirini gələn il təşkil etmək istəklərini bildirdilər. Digər ölkələrin badminton federasiyaları ilə bu barədə danışacağıq”.

Federasiya rəhbəri Şamaxı Olimpiya İdman Kompleksində keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Türkdilli Dövlətlərin beynəlxalq badminton turniri ilə bağlı da müsbət fikirlər səsləndirib: “Belə tədbiri gözəl regionlarımızdan biri olan Şamaxıda keçirdiyimiz üçün çox şadıq. Bu ondan xəbər verir ki, badmintonu Azərbaycanın hər yerində inkişaf etdirəcəyik. Türkdilli Dövlətlərin Badminton Federasiyaları ilk dəfədir bu cür təşəbbüsdə iştirak edirlər. Bunu ənənə halına gətirəcəyik. Türkdilli Dövlətlərin həm siyasi, həm iqtisadi, həm idman, həm mədəniyyət sahələrində çox yaxın əlaqələri var. İdman sahəsində bu münasibətləri inkişaf etdirməkdən məmnunuq”.

Gununsesi.info