Abituriyentlərə xəbərdarlıq –  Vaxtınız bitir

  • By admin
  • 04 Avqust 2017 19:40

imtahan

 

Dövlət İmtahan Mərkəzi (DİM) kolleclərə qəbul olmaq istəyən abituriyentlərə xəbərdarlıq edib.

Mərkəzdən Gununsesi.info-ya verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi avqustun 6-da saat 23:59-da başa çatır.

Qeyd olunan vaxta kimi ixtisas seçimi edib təsdiq etməyən abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.

 

Gununsesi.info