Dövlət İmtahan Mərkəzindən (DİM) Gununsesi.info-ya verilən məlumata görə, abituriyentlərin elektron ərizə qəbulu 24 may saat 11:00-a kimi davam edəcək.

DİM-dən bildirilib ki, abituriyentlərin elektron ərizə qəbulunun müddətinin uzadılmasına çoxsaylı müraciətlər səbəb olub.

Qeyd edək ki, prosedura əsasən, qeydiyyat prosesi 22 may saat 23:59-da başa çatıb.