Abituriyentlərin müraciətlərinə baxılacaq - Apelyasiya Komissiyası yaradılıb

  • By admin
  • 21 May 2018 12:35

Mayın 20-də Dövlət İmtahan Mərkəzi  (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.
DİM-dən Gununsesi.info-ya verilən xəbərə görə, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.
 Abituriyentlər Apelyasiya Komissiyasına 21-23 may 2018-ci il tarixlərində saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Apelyasiya Komissiyası fəaliyyətini başa çatdırdıqdan sonra test tapşırıqlarının məzmunu, həmçinin imtahanda baş vermiş digər hallarla bağlı müraciətlərə baxılmır.