Abızovun oğlu ölkəsini tərk edib ABŞ-a köçdü

  • By admin
  • 24 Oktyabr 2019 20:55

Rusiyanın sabiq açıq hökumət naziri Mixail Abızovun oğlu ölkəsini tərk edərək ABŞ-a köçüb.

Gununsesi.org xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. Abızovun sözlərinə görə, istintaq orqanları oğlunu da həbs edə bilərdi və bu səbəbdən oğlu ABŞ-a getmək məcburiyyətinfə qalıb. Keçmiş nazir, həmçinin, ona qohumları ilə görüşməyə icazə verilməməsindən də şikayətlənib.

Qeyd edək ki, Mixail Abızov Rusiya Cinayət Məcəlləsinin 4 maddəsi üzrə (dələduzluq, mütəşəkkil cinayətkar dəstə yaratmaq, qanunsuz sahibkarlıq fəaliyyəti və çirkli pulların yuyulması) bu ilin martında həbs edilib.

 

Gununsesi.org