Abort olunmağı istənən daun sindromlu qız model oldu

  • By admin
  • 21 Fevral 2020 23:06
Ana bətnində olarkən abort olunmağı istənən 15 yaşlı daun sindromlu qız hazırda məşhur markaların axtarılan simasıdır.
Gununsesiaz.info xəbər verir ki, ABŞ-ın Kolorado ştatında yaşayan 15 yaşlı daun sindromlu Kenidi Qarsia doğulmadan qısa müddət əvvəl həkimlər onun qüsurlu dünyaya gələcəyini söyləyib. Uşağın anasına qüsurlu bir uşaq böyütməyin çətin olacağını söyləyən həkimlər ən doğru yolun abort olduğunu deyib. Bəzi həkimlər isə uşağı doğulduqdan sonra uşaq evinə verməyi təklif edib.
Həkimlərin bu təklifi qarşısında qəzəblənən ana həkimləri otağından qovaraq uşağı dünyaya gətirəcəyini söyləyib.
Kenidinin anası hazırda ABŞ-da ən tanınmış markaların modeli olan qızının uğurları ilə qürur duyduğunu, belə bir qızı olduğu üçün çox şanslı olduğunu söyləyib. 
Gununsesiaz.info