ABŞ Ədliyyə Nazirliyi İlon Maskı məhkəməyə verdi – SƏBƏB

  • By resul
  • 14 Sentyabr 2023 10:25

İlon Mask ABŞ-ın Federal Ticarət Komissiyasının qaydalarını və X sosial şəbəkəsində (keçmiş Twitter) məxfilik və təhlükəsizliyi pozmuş ola bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, iddia sentyabrın 11-də Federal Ticarət Komissiyası (FTC) adından qaldırılıb.

ABŞ Ədliyyə Nazirliyi izah edib ki, “Elon Mask “X Corp”a yaxından nəzarət edirdi və bəzən işçilərinə məlumatların məxfiliyini və təhlükəsizliyini poza biləcək əmrlər verirdi”.

Federal Ticarət Komissiyası, həmçinin Mask və digər menecerlərin “X Corp”a uyğunluğu təmin edib-etmədiyinə dair ciddi suallar doğuran şirkətdə xaotik mühiti araşdırıb və aşkar edib.

Tərcümə: Arzu

Gununsesi.info