Amerika Birləşmiş Ştatları (ABŞ) Əfqanıstanın cənubunda yerləşən Helmand vilayətinə 300 nəfərlik hərbi birlik göndərdib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Əfqanıstandakı qoşunlarının komandanlığı məlumat yayıb.
Belə ki, 300 nəfərlik bölmə ABŞ dəniz piyadalarından təşkil edib. Əsgərlərin bölgəyə göndərilməsində əsas məqsəd Əfqanıstan Ordusuna təlim keçmək, konsultasiyalar vermək və terrorla birgə mübarizə aparmaqdır.
Xatırladaq ki, ABŞ 11 sentyabr hücumundan sonra hərbi bölmələrini göndərdiyi Helmand vilayətindən 2014-cü ildə hərbçilərini çıxarıb.
Qeyd edək ki, son vaxtlar bölgədə Əfqan təhlükəsizlik qüvvələrinin xeyli itkilər verməsi və “Taliban” hərəkatının artan hücumları ilə əlaqədar ABŞ prezidenti Donald Tramp Əfqanıstana daha 5 min əsgərin göndərəcəyini açıqlayıb.
Anar
Gununsesi.info