ABŞ 10 saat Husi üsyançılarına zərbələr endirdi

  • By Günel
  • 16 Mart 2025 16:00

ABŞ təqribən on saat Yəməndə Husi üsyançılarının hədəflərinə zərbə endirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Əl Hədat” telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ ordusu şənbə günü təxminən saat 19:00-dan (Bakı vaxtı ilə 20:00) bazar günü saat 05:00-a (Bakı vaxtı ilə 06:00) qədər husilərin nəzarətində olan əraziləri atəşə tutub.

Zərbələr paytaxt Səna, eləcə də Əl-Beyda, Əl-Hüdeyda, Saada, Haca və Mərib əyalətlərinə endirilib.

Gununsesi.info