ABŞ 100-ə yaxın iranlını deportasiya edir

  • Müəllif: Şəbnəm
  • 30 Sentyabr 2025 10:32

ABŞ 100-ə yaxın iranlını ölkəsinə deportasiya edir.

Bu barədə Gununsesi.info New York Times -a istinadən xəbər verir.

Nəşr bu barədə danışıqlarda iştirak edən iki yüksək səviyyəli iranlı məmura və planlardan xəbərdar olan ABŞ rəsmisinə istinadən məlumat verib.

İran rəsmilərinin sözlərinə görə, çarter reysi bazar ertəsi Luizianadan havaya qalxıb və çərşənbə axşamı Qətər vasitəsilə İrana çatması planlaşdırılıb.

Deportasiya olunanların kimliyi və ABŞ-a mühacirət səbəbləri açıqlanmayıb. Ağ Ev və Dövlət Departamenti məsələyə dair Reuters-in sorğusuna cavab verməyib.

 

 

Şəbnəm 

Gununsesi.info