ABŞ 25 ildə Azərbaycana 38 milyon dollar ayırıb

1999-cu ildən bəri ABŞ minalarla mübarizəyə yönləndirilmiş humanitar proqramlarını dəstəkləmək üçün Azərbaycana təxminən 38 milyon dollar ayırıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşım edilib.

 

Səfirlik Azərbaycan Minatəmizləmə Agentliyini (ANAMA) 26-cı ildönümü münasibətilə təbrik edib:

 

“26-cı ildönümünüz mübarək və tərəfdaşlığınıza görə təşəkkür edirik! Birgə işimiz minalardan və partlamamış hərbi sursatlardan zərər çəkmiş icmalara real fayda gətirir”.

 

 

Gununsesi.info