ABŞ ordusunun 82-ci Hava Hücumu Diviziyasının daha 3500 əsgəri Yaxın Şərqə göndərilib.
Gununsesi.org “Qafqazinfo”-ya istinadla xəbər verir ki, bu barədə “NBC News” televiziyası ABŞ-ın Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Əsgərlərin tamamilə harada yerləşdiriləcəyi ilə bağlı məlumat verilməsə də, həmin qüvvələrin əsasən Küveytə yerləşdiriləcəyi bildirilib.
Qeyd edək ki, ABŞ-ın Müdafiə naziri Mark Esper iki gün öncə 82-ci Hava Hücumu Diviziyasından 750 əsgərin Küveytə yerləşdirildiyini açıqlamışdı.
Xarırladaq ki, yanvarın 3-də İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb. İranın Ali dini lideri Əli Xameneyi Süleymaninin öldürülməsinə görə qisas alacaqlarına söz verib. ABŞ silahlı qüvvələri yüksək döyüş hazırlığına gətirilib.