ABŞ Kənd Təsərrüfatı Nazirliyinin Qida Təhlükəsizliyi və İnspeksiya Xidməti, “Boar’s Head” və “Old Country” markaları altında olan 71 növ qidanı “Listeria monocytogenes” bakteriyası ilə yoluxma səbəbindən geri çağırıb.
Gununsesi.info xarici mediaya istinafən xəbər verir ki, Xəstəliklərin İdarə Olunması və Qarşısının Alınması Mərkəzlərinin məlumatına görə, ABŞ-ın 13 ştatında 43 yoluxma halı qeydə alınıb, bunlardan üçü ölümcül olub.
Listeria monocytogenes ciddi infeksiya olan listerioza səbəb olur, bu infeksiya xüsusilə hamilə qadınlar, 65 yaşdan yuxarı insanlar və immuniteti zəif olan şəxslər üçün təhlükəlidir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu məhsulların ölkəyə idxal edilmədiyini, lakin ABŞ-dan idxal edilən yüksək riskli qidalar üçün nəzarət tədbirlərinin gücləndirildiyini bildirib.
Gununsesi.info