ABŞ 80-dən çox ölkənin birgə təqdim etdiyi sənədə veto qoydu

  • By admin
  • 09 Dekabr 2023 09:00

Birləşmiş Ştatlar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsinə veto qoyub.

Gununsesi.info xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının birgə təqdim etdiyi və Ərəb Əmirliyi və Türkiyə də daxil olmaqla 80-dən çox ölkənin birgə təqdim etdiyi qətnamə layihəsi fövqəladə sessiyada səsə qoyulub.

Qanun layihəsinə daimi üzv olan ABŞ veto qoyub.

Səsvermədə Böyük Britaniya bitərəf qalıb, digər 13 üzv isə lehinə səs verib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Robert Vud qətnamə layihəsində HƏMAS-ın qınanılmadığını və bəzi Şura üzvlərinin bu mövzuda səssiz qalmasının qəbuledilməz olduğunu bildirib.

BMT Baş katibinin sözçüsü Stefan Dujarik bildirib ki, “Baş katibin Qəzzada humanitar atəşkəs və humanitar yardımların əldə edilməsi üçün təzyiqi qətiyyətlə davam edəcək”.

Gununsesi.info