ABŞ-a məxsus hərbi helikopter sərhəddə qəzaya uğradı: Ölənlər var

  • By admin
  • 09 Mart 2024 13:32

ABŞ ordusuna məxsus helikopterin Meksika sərhədində qəzaya uğraması nəticəsində 3 əsgər ölüb, 1 əsgər isə yaralanıb.

Gununsesi.info-nun xarici KİV-ə istinadən xəbərinə görə, ABŞ Şimal Birgə İşçi Qrupundan verilən açıqlamada, “UH-72 Lakota” model helikopterin sərhəd təhlükəsizliyi missiyası zamanı Texasın Rio Qreyd şəhəri yaxınlığında qəzaya uğradığı bildirilib.

Açıqlamada 2 Milli Qvardiya və 1 sərhəd zabitinin həlak olması, 1 əsgərin yaralanması ilə nəticələnən qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

Rio Qreyd şəhərinin yerləşdiyi Starr rayon hakimi Eloy Vera yaralı əsgərin vəziyyətinin ağır olduğunu qeyd edib.

 

Gununsesi.info