
Suriyada ABŞ konvertoplanı (təyyarə və helikopterin qarışığı olan uçuş vasitəsi) qəzaya uğrayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində təyyarədə olan iki pilot yaralanıb. Onlar xəstəxanada ilkin yardım göstərildikdən sonra buraxılıblar.
Bildirilir ki, qəzanın düşmən atəşi ilə əlaqəli olmadığı güman edilir. Hələlik qəzanın hansı səbəbdən baş verdiyi dəqiq bilnmir. Hadisə hava şəraiti ilə bağlı ola bilər.
Gununsesi.info