ABŞ-a məxsus qırıcı təyyarə məcburi eniş edib

ABŞ hərbi-hava qüvvələrinə məxsus F-35A qırıcısı Yaponiyanın cənubunda məcburi eniş edib.

Gununsesi.info xəbər verir ki, qırıcı Okinava adasına enib.

Hadisə ABŞ silahlı qüvvələrinin hərbi texnikanın yenilənməsi barədə yarımillik rotasiyaya əsasən, qırıcıların Yaponiyaya yerləşdirilməsindən bir neçə həftə sonra baş verib.

ABŞ silahlı qüvvələrinin rəsmi bəyanatına əsasən, qırıcı profilaktik eniş edib. Buna baxmayaraq, ABŞ hərbi bazasının yerləşdiyi Kadena şəhərinin hakimiyyət orqanları qırıcı təyyarənin məcburi eniş etdiyini israrla bildirirlər.

Kyodonun məlumatına görə, hadisə nəticəsində təyyarə və pilotlar zərər çəkməyiblər.

F-35 qırıcıları nüvə silahı daşımağa qadir olan və “Stealth” texnologiyasından istifadə edən çoxməqsədli aviasiya vasitəsidir. Onun yaradılmasında ABŞ ilə yanaşı, daha səkkiz ölkə – Avstraliya, Böyük Britaniya, Danimarka, İtaliya, Kanada, Niderland, Norveç və Türkiyə iştirak ediblər.

Gununsesi.info