ABŞ akademiki: Baydenin qondarma soyqırımını qəbul etməsi utancvericidir

  • By admin
  • 25 Aprel 2021 21:35

“ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrini qondarma erməni soyqırımını qəbul etməsi Birləşmiş Ştatlardakı pullu lobbi qruplarına tarixi diktə etməsinə icazə verən kədərli və utancverici hərəkətdir, ancaq bu sürpriz olmadı”.

Bunu xarici mətbuata müsahibəsində ABŞ-ın tanınmış tədqiqatçı jurnalisti, akademik Tomas Qoltz deyib.

“Soyqırımı sözünü dəyərini itirib. Bu günlərdə demək olar ki, o heç bir məna daşımayacaq qədər dəyərsizdir. Ruanda, Darfur, Bosniya, Uyğur və Azərbaycan (Xocalı-red) soyqırımı, göründüyü kimi hər kəsin özünəməxsusdur. Xahiş edirəm soyqırımı kimi sözlərə diqqətinizi dayandırın və ölkənizin inşa işinə davam edin”, – akademik əlavə edib.

Gununsesi.info