ABŞ Ali Məhkəməsi Kolorado Ali Məhkəməsinin ABŞ-ın keçmiş prezidenti Donald Trampın yanvarın 6-da Konqresə basqın etdiyinə görə ştatda keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcəyinə dair qərarını rədd edib.
Gununsesi.info xəbər verir ki, məhkəmə dərc etdiyi qərarında Trampın prezident seçkiləri üçün ştatın bülletenlərində qalmasına qərar verib.
Qərarda deyilir ki, dövlət vətəndaş müharibəsindən sonrakı dövrdə qüvvəyə minmiş konstitusiya maddəsindən istifadə etməklə prezidentliyə namizədi seçki bülletenindən kənarlaşdıra bilməz.
Məhkəmənin imzasız qərarında bu səlahiyyətin ABŞ Konqresinə aid olduğu vurğulanıb.
Tramp bu qərarla Kolorado və Men ştatlarında bu gün keçiriləcək “Super çərşənbə axşamı” olaraq bilinən praymerizlərdə səsvermə bülletenində olacaq.
ABŞ tarixində ilk dəfə olaraq Konstitusiyanın “qiyam və üsyan” maddəsi prezidentliyə namizədin yarışa girə bilməməsinə səbəb kimi istifadə edilib.
Koloradodan sonra Men və İllinoys ştatları eyni Konstitusiya maddəsi əsasında oxşar qərarlar qəbul edib.
Tramp Kolorado ştatının qərarına etiraz etmək üçün yanvarın 4-də Ali Məhkəməyə müraciət edib.
Gununsesi.info