ABŞ Almaniyaya 5 milyard dollar dəyərində raket satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Almaniyaya Patriot hava hücumundan müdafiə sistemi və müvafiq avadanlıqlar üçün təxminən 5 milyard dollar dəyərində raketlərin satışına dair sazişi təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Pentaqona daxil olan Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

İddialara görə, Almaniya hökuməti Vaşinqtondan bu tipli 600-ə qədər raket, eləcə də müvafiq avadanlıq, təlim proqramları və ehtiyat hissələri almaq imkanını istəyib.

Pentaqon aydınlaşdırıb ki, təklif olunan saziş Avropadakı əsas müttəfiqini dəstəkləməklə ABŞ-ın xarici siyasətinin maraqlarına xidmət edəcək.

Artıq Amerika Konqresi bu razılaşma ilə bağlı məlumatlandırılıb.

Qanunverici orqana onu nəzərdən keçirmək və yekun qərar vermək üçün 30 gün vaxt verilir.

Bundan əvvəl Bundestaqın deputatı və Sarah Vaqenknext “Əql və ədalət” ittifaqının həmsədri Amira Mohamed Ali bildirib ki, ABŞ raketlərinin Almaniyada yerləşdirilməsi Avropada müharibə və hətta nüvə silahından istifadə təhlükəsi yarada bilər.

Bundan əvvəl Sara Vaqenknext özü açıqlama vermişdi ki, ABŞ raketləri müdafiə sahəsindəki boşluğu aradan qaldırmayacaq, ancaq ölkəni Rusiya üçün əsas hədəfə çevirəcək.

 

 

Şəbnəm

Gununsesi.info