ABŞ anlayır ki, vəziyyət daha da pisləşəcək – Abdullah

  • By admin
  • 10 İyul 2017 22:53

bassam
Vaşinqtonun Suriya ilə bağlı siyasətini dəyişməsi hər hansı bir manevr və ya Rusiyaya güzəşt deyil.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Dəməşq Universitetinin nümayəndəsi Bassam əbu-Abdullah çıxış edib.

“ABŞ-ın Suriyadakı yeni strategiyası köhnə siyasətinin uğursuz olduğunu qəbul etməsi anlamına gəlir. Siyasətini dəyişməsə, vəziyyətin daha da pisləşəcəyini anladılar. Hərbiçilərin döyüşdə məğlubiyyətləri Qərbin Suriyadakı strategiyasını dəyişməsində həlledici faktor oldu. Bu, Suriya xalqının müqaviməti və dünyada qüvvələr nisbətinin dəyişməsi sayəsində mümkün oldu. Moskva və Pekinin siyasi gücünün artdığını görürük”,- Abdullah söyləyib.

Gununsesi.info