ABŞ aqressiv hərəkətləri səbəbindən Rusiyaya qarşı sanksiyaları davam etdirəcək

  • By admin
  • 31 Mart 2017 22:10

rusiyaabs

ABŞ Konqresinə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı qanun layihəsi təqdim edilib.

Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, ABŞ aqressiv hərəkətləri səbəbindən Rusiyaya qarşı sanksiyaları davam etdirəcək.

Qeyd edək ki, sənəd kiberhücumlar və Rusiya hökumətinin hər hansı aqressiv hərəkətlərinə cavab olaraq yeni sanksiyaların tətbiqini nəzərdə tutur.

Qanun layihəsi Respublikaçılar partiyasının təmsilçisi, Qərbi Virjiniya ştatından olan konqresmen Aleksander Muni tərəfindən təqdim edilib. Hazırda sənəd ilkin müzakirə mərhələsindədir.

Gununsesi.info