ABŞ artıq Avropanı avtomatik olaraq müdafiə etməyəcək, buna görə Avropa İttifaqı təhlükəsizliyini təmin etmək üçün daha çox səy göstərməyə məcburdur.
Gununsesi.org bildirir ki, bunu Almaniya Kansleri Anqela Merkel 2020-ci il üçün federal büdcə ilə bağlı Bundestaqdakı müzakirələrdə deyib.
“Avropa ABŞ-la dəyərlərlə bağlıdır. Lakin onun Avropanın müdafiəçisi rolunu oynayacağı ilə bağlı daha avtomatizm yoxdur “, – deyə o bildirib.
Onun sözlərinə görə, bu gün bu istiqamətdə Avropa tərəfindən daha əhəmiyyətli addımlar atılmalıdır.
Gununsesi.org