
ABŞ dövlət katibi Reks Tillerson Dövlət Departamentinin 30-a yaxın xüsusi səfir postlarının ixtisar olunması təklifi ilə çıxış edib. Dövlət Departamentinin yenidən formalaşdırılması çərçivəsində ATƏT-in Minsk Qrupu formatında Qarabağ, həmçinin Suriya və digər münaqişələrdə fəaliyyət göstərən xüsusi səfir postları ləğv edilməlidir.
Gununsesi.info Politico-ya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi R.Tillersonun Senatın xarici əlaqələr komitəsinin sədri Bob Korkerə ünvanladığı məktubda deyilir.
Məktubda xüsusilə bildirilir ki, Avropa və Avrasiya işləri üzrə Bürosu ATƏT-in Minsk Qrupunda böyük təmsilçi ştatı və funksiyasını saxlamalıdır. “Vəzifə ləğv olunacaq, ancaq həmin funksiyanı dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini davam etdirməlidir. Bir yer və 182 min dollarlıq yardımçı xərc isə Avropa və Avrasiya işləri üzrə Büronun sərəncamında qalacaq”-məktubda qeyd olunub.
Mürtəza
Gununsesi.info