ABŞ Azərbaycan və Ermənistanı danışıqları bərpa etməyə çağırıb

“ABŞ Azərbaycan və Ermənistan sərhədində baş verən hadisələri böyük narahatlıqla izləyir və qurbanlarla bağlı başsağlığı verir”.

Gununsesi.org xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

Dövlət katibi tərəfləri dərhal deeskalasiyaya çağırıb: “Tərəfləri dialoq və barışığa, Minsk qrupu formatında danışıqları bərpa etməyə çağırırıq”.

 

 

Gununsesi.org