ABŞ Azərbaycana önəm verir, Ermənistana təzyiq göstərir – Fidan

  • By Admin2
  • 10 Yanvar 2026 10:13

“Biz Qafqazda sülhü dəstəkləyən ABŞ-nin Azərbaycana önəm verdiyini və sülhün əldə edilməsi üçün Ermənistana təzyiq göstərdiyini görürük”.

Gununsesi.info xəbər verir ki. bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan TRT Haber-də bildirib.

Onun sözlərinə görə, ABŞ-ın məqsədləri Türkiyənin regional məqsədləri ilə uyğun gəlir.

“Bu, hər şeyə aiddir: Rusiyadan tutmuş Azərbaycan-Ermənistan münaqişəsinə, Suriyadan tutmuş digər bölgələrədək”, – Fidan əlavə edib.

Gununsesi.info