ABŞ Azərbaycanla əməkdaşlığı bütün sahələrdə dərinləşdirmək istəyir - AMERİKANIN DÖVLƏT KATİBİ İLHAM ƏLİYEVƏ MƏKTUB YAZIB

  • By admin
  • 21 Sentyabr 2019 22:25

 

ABŞ dövlət katibi Maykl Pompeo “Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənməsi üzrə “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü münasibətilə prezident İlham Əliyevə təbrik göndərib.

HTML tutorial

Gununsesi.org-un xəbərinə görə, təbrikdə bildirilir:

“Bu illə ərzində ABŞ Azərbaycanın enerji ehtiyatlarının inkişafına, Avropa və qlobal enerji təhlükəsizliyinin qorunmasına və müstəqil dövlət kimi inkişafına dair göstərdikləri səylərdə sadiq tərəfdaşı olub”.

Dövlət katibinin sözlərinə görə, Avropanın enerji təhlükəsizliyində strateji rol oynayan “Cənub” qaz dəhlizinə təkan verən Azərbaycan yenidən aparıcı rol oynamağa davam edir: ” Enerji sahəsində uğurlu əməkdaşlığımız iqtisadi, təhlükəsizlik, insan haqlarının irəliləməsi, fundamental azadlıqlar, və demokratik idarəçilik sahələrini əhatə edən strateji münasibətlərimizə də müsbət töhfə verib. ABŞ bütün sahələrdə göstərdiyimiz fəaliyyətlərin davam etdirilməsi və dərinləşdirilməsi niyyətindədir”.

Gununsesi.org