“ABŞ Azərbaycanla biznes mühitinin yaxşılaşdırılması sahəsində əməkdaşlığa hazırdır” -Sekuta

  • By admin
  • 18 Noyabr 2016 10:52

Robert Sekuta

 

“Amerika Birləşmiş Ştatları Azərbaycanla biznes mühitinin yaxşılaşdırılması sahəsində əməkdaşlığa hazırdır”.

Gununsesi.info xəbər verir ki, bunu Bakıda keçirilən “Kiçik və orta sahibkarlığın inkişafı” adlı konfransda ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən sahibkarlığın inkişafı istiqamətində atılan addımlar təqdirəlayiqdir. “ABŞ rəhbərliyi islahatların səmərəliliyi və davamlılığı üçün Azərbaycanla əməkdaşlığa hazırdır”, – deyə R. Sekuta qeyd edib.

Səfir əlavə edib ki, bu gün bir çoxları şəxsi biznesini qurmaq istəyir. Onun sözlərinə görə, istər kişilər, istərsə də qadınlar iqtisadiyyatın inkişafında böyük rol oynayır: “Bunun üçün böyük ideya, vahid komanda lazımdır. Bu ideyanın reallaşması üçün isə çalışıb yerli məhsul istehsal etmək və dünyanı dəyişmək lazımdır”.

Gununsesi.info