ABŞ Azərbaycanı və Ermənistanı qeyd-şərtsiz məzmunlu danışıqlara qayıtmağa çağırıb

  • By admin
  • 26 May 2021 13:12

 ABŞ Azərbaycanı və Ermənistanı “mümkün qədər tez” qeyd-şərtsiz Minsk Qrupu həmsədrlərinin himayəsi altında yüksək səviyyədə konkret danışıqlara qayıtmağa çağırır. ABŞ hesab edir ki, ATƏT bütün Qafqaz regionunda sülh, sabitlik və inkişafın möhkəmlənməsinə şərait yarada bilər. Bu barədə çərşənbə axşamı ATƏT Daimi Şurası yanında ABŞ-ın işlər vəkili Kortni Ostrian Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun müraciətinə cavabda bildirib.

Gununsesi.info xəbər verir ki, bəyanata əsasən, Vaşinqton “münaqişənin uzunmüddətli siyasi nizamlanması haqqında danışıqlar aparmaqda tərəflərə kömək etməyə çalışır”.

Ermənistan-Azərbaycan sərhədində son hadisələr bütün həll edilməmiş problemlərin həllini əhatə edən, Ermənistan və Azərbaycan arasında barışığa və münasibətlərin normallaşmasına gətirib çıxara biləcək hərtərəfli sazişin əhəmiyyətini göstərir.

“Biz Ermənistanı və Azərbaycanı həmsədrlərin təkliflərinə baxmaq və tərəflərin prioritetlərini əks etdirən strukturlu gündəlik üzrə birgə qərarlar qəbul etmək üçün mümkün qədər tez həmsədrlərlə əməkdaşlığa çağırırıq”, deyə Ostrianın bəyanatında bildirilir.

ABŞ tərəfləri bütün hərbi əsirlərin və saxlanılan şəxslərin qısa zamanda qaytarılması; döyüş zonasının minalardan effektiv şəkildə təmizlənməsi üçün zəruri olan bütün məlumatların mübadiləsi və beynəlxalq humanitar təşkilatların Dağlıq Qarabağa girişinə olan məhdudiyyətlərin aradan qaldırılması yolu ilə atəşkəs rejimini möhkəmləndirməyə çağırır.

“Hər iki tərəfi gərginlik və ya hərbi ritorika ilə ədavət salmaqdan yayınmağa və təxmin olunan insan hüquqları pozuntularını və ya beynəlxalq humanitar hüquq pozuntularını araşdırmağa və təqsirkarları məsuliyyətə cəlb etməyə çağırırıq. Bu tədbirlər sabitliyin, ədalət və məsuliyyətin ayrılmaz hissəsidir.

Vaşinqton həmçinin Bakını “mübahisəli” ərazilərdən çıxmağa çağırıb.

“Mübahisəli ərazilərdə hərbi yerdəyişmələr həddindən artıq təxribat xarakteri daşıyır. Biz Azərbaycandan bütün qüvvələrin çıxarılmasını gözləyirik və hər iki tərəfi dərhal ortaq beynəlxalq sərhədlərinin demarkasiyası barədə danışıqlara başlamağa çağırırıq.

ABŞ hesab edir ki, fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin vəziyyətin müşahidəsi üzrə işi bu prosesə şəffaflıq qatacaq və ATƏT, Azərbaycan və Ermənistan üçün vacibdir. Biz Azərbaycanı və Ermənistanı onun işini dəstəkləməyə çağırırıq.

Ən qısa zamanda Vahid Büdcə üzrə konsensus əldə etmək vacibdir, onsuz ATƏT-in geniş miqyaslı və mühüm işi zəifləyir. “Minsk Qrupunun, həmsədrlərin və sədrin şəxsi nümayəndəsinin qarşılıqlı fəaliyyəti, o cümlədən onların bütün regiona tam və maneəsiz çıxışı gərginliyi azaltmağa və gələcəkdə şiddətin qarşısını almağa kömək edəcək”, deyə Ostrianın bəyanatında bildirilir.

Gununsesi.info