ABŞ Bəxtiyar Hacıyevə görə hökumətə səsləndi

  • By admin
  • 24 Avqust 2022 22:09

“Biz Azərbaycanda konstitusion hüquqlarından istifadə edən vətəndaşlara qarşı zorakılıq, o cümlədən hücumlar və digər təzyiq formalarından dərin narahatıq”.

Gununsesi.info bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü  TURANın  siyasi fəal Bəxtiyar Hacıyevə qarşı son hücumla baglı sorğusuna  cavab olaraq bildirib.

HTML tutorial

Dövlət Departamentinin sözçüsü əlavə edib: “Biz hakimiyyəti bütün bu kimi hadisələri, o cümlədən Bəxtiyar Hacıyevin bu yaxınlarda bildirdiyi hadisələri araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq”.

Açıqlamada, həmçinin deyilir:

“Biz bir daha hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən fikirlərini dinc ifadə etmək hüququna hörmət etməyə çağırırıq”.  Xatırladaq ki, Bəxtiyar Hacıyev bildirib ki, bazar ertəsi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının onu Bakıda küçədə tutub, 6 saat saxlayıb və “Facebook” sosial şəbəkəsində daxili işlər nazirini tənqid edən yazılarını sildikdən sonra sərbəst buraxıblar.

2022-ci ilin aprelindədə Haciyev tutulub, döyülmüşdü və onlayn yazılara görə sorğu-sual edilmişdir.

Gülnar Məmmədli

Gununsesi.info