ABŞ bəzi ölkələrə İran neftini almağı qəti qadağan edəcək

  • By admin
  • 22 Aprel 2019 10:11

ABŞ Dövlət Departamenti bəzi ölkələrə İran neftini almağı qəti qadağan edəcək.

Gununsesi.org xarici KİV-lərə istinadən  xəbər verir ki, bu barədə “The Washington Post” bildirib.

Məmurların sözlərinə görə, mayın 2-dən bütün ölkələr İran neftinin idxalını dayandırmağa məcbur ediləcək. Əks təqdirdə həmin ölkələr Amerika sanksiyaları ilə üzləşəcəklər.

Daha əvvəl ABŞ Maliyyə Nazirliyi İranın yüzlərlə fiziki və hüquq şəxsinə sanksiya tətbiq edib.