ABŞ Belarusdakı səfirliyinin fəaliyyətini dayandırdı

  • By admin
  • 28 Fevral 2022 17:19

ABŞ-ın Minskdəki səfirliyi fəaliyyətini dayandırıb, həmçinin Rusiyanın paytaxtı Moskvadakı səfirliyin operativ işlərlə məşğul olmayan əməkdaşlarının könüllü getməsinə icazə verilib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, bu tədbirlər Rusiyanın Ukraynada keçirdiyi hərbi xüsusi əməliyyat kontekstində təhlükəsizliyin təmin edilməsi məqsədilə həyata keçirilib.

 

 

Gununsesi.info