ABŞ BMT Təhlükəsizlik Şurasının İsrailin Qəzza zolağında humanitar yardım üçün toplaşan fələstinliləri atəşə tutmasını qınayan bəyanatın əleyhinə çıxıb.
Gununsesi.info xəbər verir ki, Təhlükəsizlik Şurasının qapalı iclasının yekunlarına görə heç bir açıqlama verilməyib.
“Anadolu” agentliyinin müxbirinin verdiyi məlumata görə, İsrailə qarşı tənqidi bəyanatların yer aldığı qətnamə layihəsi ABŞ-ın BMT-dəki daimi nümayəndəliyi tərəfindən bəyənilməyib.
Qətnamə layihəsində baş verənlərlə bağlı dərin narahatlıq ifadə olunur.
Sənəddə bütün tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq Qəzza zolağında mülki əhalini əsas xidmətlərdən və humanitar yardımlardan məhrum etməkdən çəkinməyə çağırılır.
Layihənin müəllifləri həmçinin təcili tədbirlər görülməsə, Qəzza zolağının 2,2 milyonluq bütün əhalisinə təsir edəcək kəskin ərzaq böhranı təhlükəsi barədə xəbərdarlıq ediblər.
Təhlükəsizlik Şurasının üzvləri Qəzzaya humanitar yardım axınını asanlaşdırmaq üçün İsraili keçidi bağlamamağa çağırıb.
İsrailin Qəzza zolağında humanitar yardım gözləyən fələstinlilərə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 112-yə çatıb, daha 760 nəfər yaralanıb.
Gununsesi.info