ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnamə layihəsinə veto qoydu

  • By admin
  • 21 Fevral 2024 08:49

ABŞ Qəzzada təcili humanitar atəşkəs tələb edən BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamə layihəsinə növbəti dəfə veto qoyub.

Gununsesi.info xəbər verir ki, BMT Təhlükəsizlik Şurası Əlcəzairin Qəzzada dərhal atəşkəs tələbi ilə təqdim etdiyi, mülki şəxslərə qarşı bütün hücumları pisləyən və məcburi köçkünlərə qarşı çıxan qətnamə layihəsini səsverməyə çıxarıb.

15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurasının iclasında Böyük Britaniya bitərəf qalıb, ABŞ veto qoyub, 13 ölkə isə lehinə səs verib.

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild səsvermədən əvvəl bəyanat verərək, ABŞ-ın İsrail, Həmas, Misir və Qətərlə məhbusların azad edilməsi ilə bağlı danışıqlar apardığını xatırladıb. O, bildirib ki, bu sahədə razılıq əldə olunarsa, 6 həftəlik atəşkəs elan olunacaq.

Qrinfild diplomatiyanın vaxt tələb etdiyini və reallıqların göz ardı edilə bilməyəcəyini və Əlcəzairin qətnamə layihəsinin danışıqlara mənfi təsir göstərəcəyini bildirib.

Gununsesi.info