ABŞ BMT TŞ-nin Yaxın Şərqlə bağlı qətnaməsinin yerinə yetiriləcəyinə ümid edir

  • By ilhame
  • 16 Noyabr 2023 22:05

ABŞ BMT Təhlükəsizlik Şurasının İsrail – Fələstin münaqişəsi ilə bağlı qəbul etdiyi humanitar qətnamənin bəzi müddəalarının yerlərdə həyata keçirilə biləcəyinə ümid edir.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud deyib.

“Biz buna ümid edirik. Güman edirik ki, tərəflər qətnamənin müddəalarına əməl etmək üçün mümkün olan hər şeyi etməlidir, ancaq vəziyyətin necə inkişaf etdiyinə baxmalıyıq”.

Vud bildirib ki, Fələstinin HƏMAS hərəkatını pisləmədiyi üçün qətnaməyə səsvermədə bitərəf qalan Birləşmiş Ştatlar “qətnamənin beynəlxalq ictimaiyyətin baş verənlərdən son dərəcə narahat olduğuna dair mühüm siqnal göndərdiyinə inanır”.

Gununsesi.info