Regional sabitliyə xələl gətirə biləcək siyasətlər yenidən nəzərdən keçirilməlidir. Türkiyə Ana Vətən və qarant dövlət olaraq Kipr türklərinin təhlükəsizliyini və firavanlığını istənilən şəraitdə təmin etməyə davam edəcək.
Gununsesi.info Axar.az – a istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi ABŞ və Kipr arasında “İkitərəfli Müdafiə Əməkdaşlığı – Yol Xəritəsi” sazişinin imzalanmasına münasibət bildirərkən qeyd edib.
Ankara bu addımların adanın şimal hissəsinin təhlükəsizliyinə xələl gətirdiyini bəyan edib.
Bəyanatda vurğulanıb ki, bu razılaşma ABŞ-ın Kipr adasına münasibətdə neytral mövqeyini sarsıdır və Kipr probleminin həlli üçün ədalətli, davamlı və sabit razılaşma əldə etməyi çətinləşdirir.
Gununsesi.info