ABŞ bu ölkəyə 10 ildə 300 milyardlıq silah satıb

  • By admin
  • 13 May 2017 21:15

usa

 

Yaxın zamanda ABŞ-ın Səudiyyə Ərəbistanına 100 milyon dollarlıq silah satışı ilə bağlı müqavilə imzalanacaq.

Axar.az xəbər verir ki, bu barədə “Röyter”ə adı açıqlanmayan Ağ Ev nümayəndəsi məlumat verib.

O bildirib ki, prezident Donald Trampın mayın 19-da Ər-Riyada səfəri zamanı bununla bağlı imzalanma mərasimi keçiriləcək:

“Mərhələli müqavilənin sonuna gəldik. Bu həm regional təhlükəsizlik, həm də ABŞ iqtisadiyyatı üçün önəmli müqavilədir”.

Qeyd edək ki, bu müqavilə ilə bərabər ABŞ-ın son 10 ildə Səudiyyəyə satdığı silahın dəyərinin 300 milyard dolları keçməsi gözlənilir.

 

Gununsesi.info