ABŞ bu ölkəyə 400 “Tomahawk” raketi verəcək

Amerika Birləşmiş Ştatları Yaponiyaya 400 ədəd “Tomahawk” qanadlı raketləri satacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.
Qeyd olunub ki, ümumi məbləğ 2,35 milyard dollardır.
Bildirilir ki, sazişlər 14 raket idarəetmə sisteminin təhvil verilməsini, həmçinin şəxsi heyətin təlimini, ehtiyat hissələri ilə təmin olunmasını və texniki xidmət göstərilməsini nəzərdə tutur.
Bundan əvvəl ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisi Ceoffrey Pyatt bildirmişdi ki, Vaşinqton anti-Rusiya sanksiyaları ilə bağlı bütün məsələlərdə Tokio ilə sıx əməkdaşlıq edir.
Gununsesi.info