ABŞ Hərbi Hava Qüvvələri 20 günlük təlimi uğurla başa vuran YPG döyüşlərinə ayda 100 dollar məbləğində maaş ödəyir.
Gununsesi.info xəbər verir ki, bu iddianı “Nyu York Tayms” qəzetinin müxbiri Maykl Qordon irəli sürüb.
Suriyanın Menbic şəhərində hərbi bazaların birində araşdırma aparan jurnalist qeyd edib ki, burada 27 minə yaxın YPG-çi təlim keçir.
Qordon onu da əlavə edib ki, döyüşçü öldüyü, yaxud yaralandığı halda həmin məbləğ onların ailələrinə ödəniləcək.
Gununsesi.info