“ABŞ bütün variantların qarşısını kəsdi…” - Rusiya 104 ildən sonra ilk dəfə defolt elan olundu

  • By admin
  • 27 İyun 2022 14:32

 

 

“Bloomberg” agentliyinin məlumatına görə, dünən gecə Rusiya 100 milyon dollar xarici borcunu ödəməkdən imtina edib və defolt elan edib.
Agentlik xatırladır ki, 1918-ci ildə Lenin Çar Rusiyasının xarici borclarını ödəməmə qərarı verəndən sonra ilk dəfə idi Rusiya xarici borcuna defolt edir. 1998-də isə rubl borcları ilə bağlı bu elanı vermək məcburiyyətində qalmışdı.

ABŞ-ın Şimali Dakota Universitetinin professoru, maliyyəçi Fariz Hüseynli bildirir ki, Rusiyanın pulu var, amma borclar dollarla ödənməli olduğuna və aktivlər sanksiya altında olduğundan belə vəziyyət yaranıb. Rusiya müxtəlif variantlarla bunun qarşısını almağa çalışsa da Amerika Maliyyə Nazirliyi bu variantların qarşısını kəsdi, – maliyyəçi vurğulayıb.

F.Hüseynli xatırladır ki, böyük investorların çoxu bu borc kağızlarını çox ucuz qiymətəsatmışdı: “Amma kiçik və yerli rus investorlar yəqin ki, onlardan müəyyən qədər borclarını ala biliblər. Qalan miqdarı satmayanlar ya sadəcə oturub gözləyəcəklər, ya da sığortaları var idisə, sığortalanmış məbləği alacaqlar.

Bundan sonra nə baş verəcək? Maliyyəçi bu suala cavabında deyir ki, adətən ya Beynəlxalq Valyuta Fondu (IMF) dövriyyəyə giridi, ya da beynəlxalq məhkəmə olurdu: “Nəticədəborcların yenidən strukturlaşması gedirdi və s. Beynəlxalq Bankın nümunəsinə baxın, necə oldu? Amma indi Rusiya deyir, bizim məhkəmələr əsasdır. Onsuz da xarici investor onun məhkəməsinə gedən deyil. İkinci əsas təsir odur ki, defolt elan edən ölkəyə uzun müddət heç kim borc vermək istəmir. Məsələn,Argentina defoltdan sonra 10 il xaricdən borc ala bilmədi. Düzdür, Rusiya onsuz da uzun müddət dollar, avro borc alası deyil, ancaq neft-qazdan qazanar, ya da yuan və başqa valyutalarala bilər”.

Afət Abbasova

Gununsesi.info